Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Qəbələ rayonunun Vəndam qəsəbəsi ərazisində 1 ağacın kəsilməsi, Şəki rayonunun Cəfərəbad kəndində, Saatlı rayonunun Qara Nuru kəndinin ərazisində fəaliyyət göstərən kafenin həyətində, Saatlı şəhəri H.Əliyev prospektində fəaliyyət göstərən “Xan-Bağı” restoranının həyətində və Şirvan şəhərinin Energetik 2T ünvanında isə ağacların zədələnməsi faktları müəyyən edilib.
Newscenter.az-ın xəbərinə görə, Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, araşdırma zamanı ağacların Qəbələ rayonunda vətəndaş Mayıs Abdurəhmanov tərəfindən kəsildiyi, Şəki rayonunda vətəndaş Nəsib Əskərov, Saatlı rayonunun Qara-Nuru kəndindəki kafenin nümayəndəsi İlham Səfərov, Saatlı şəhərində “Xan-Bağı” restoranının iş icraçısı Elşən Nərimanov, Şirvan şəhərində isə vətəndaş Tarverdi Dövlətov tərəfindən zədələndiyi məlum olub.
“Faktlarla bağlı akt, protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb”.
Sona