Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qərbi Afrika Dövlətləri İqtisadi Birliyi Nigerlə bağlı fövqəladə toplandı -ÖZƏL

Qərbi Afrika Dövlətləri İqtisadi Birliyi Nigerlə bağlı fövqəladə toplandı


Qərbi Afrika Dövlətləri İqtisadi Birliyinin (ECOWAS) Nigerdə baş verən qanlı toqquşmalar və hakimiyyət çevrilişi ilə bağlı fövqəladə sammiti keçirilib.

Newscenter.az trthaber-ə istinadən bildirir ki, ECOWAS ölkələrinin liderlərinin Niger üzrə fövqəladə sammiti qapalı formada baş tutub.

Sammitdə Nigerdə vəziyyətin nizama salınması məqsədilə atılması lazım olan addımlar, atəşkəs rejiminə nail olunmaq istiqamətində tərəflər arasında görüşlərin keçirilməsi, eləcə də sadə vətəndaşların maksimum dərəcədə təhlükəsizliklərinin qorunması məsələlərini müzakirə ediblər.

Mehman Mehdiyev
Xəbəri paylaş