Sabirabad Rayon Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən “Xaş-xaş 2023” şərti adlı kompleks profilaktik tədbirlər planına uyğun olaraq keçirilən əməliyyat-axtarış tədbirlər nəticəsində yabanı halda bitmiş narkotik tərkibli bitkilər aşkar edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Newscenter.az-a verilən məlumata görə, keçirilən tədbirlər zamanı rayonun Surra kəndi ərazisində yabanı halda bitən və ümumi çəkisi 1 ton 200 kiloqram olan 2200 ədəd çətənə kolu kökündən çıxarılıb və yandırılaraq məhv edilib.
Faktla bağlı Sabirabad RPŞ-də araşdırmalar davam etdirilir.
Mehman Mehdiyev