Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinə məxsus “Süleyman Vəzirov” borudüzən gəmisi Xəzər dənizinin Türkmənistan sektorunda yerləşən “LAM and ZHDANOV” neft yatağındakı borudüzmə işlərini uğurla yekunlaşdırıb.
Newscenter.az quruma istinadən bioldirir ki, gəmi ilə dörd düyümlük qaz boru xəttinin “Lom-B” platformasından “𝐿𝑎𝑚-𝐶” platformasına və "𝐿𝑎𝑚-𝐵" platformasından "𝐿𝑎𝑚-28" platformasınadək çəkilməsi həyata keçirilib.
Qeyd edək ki, ümumilikdə 5 kilometr uzunluğu olan xəttin çəkilişi üzrə işlərə cari ilin martında başlanılmışdı.
Natiq Orucov