Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyə klubu "Mançester Yunayted"lə anlaşdı -ÖZƏL

Türkiyə klubu "Mançester Yunayted"lə anlaşdı


Türkiyənin "Fənərbaxça" futbol klubu çox danışılacaq bir transfer etmək üzrədir.

Newscenter.az "Haber Global"-a istinadən bildirir ki, komanda "Mançester Yunayted"in braziliyalı ulduzu Fredin transferi üçün prinsipial razılığa gəlib.

Yarımmüdafiəsini dünyaca məşhur bir adla gücləndirmək istəyən “Fənərbaxça” ulduz futbolçunu heyətinə qatmağa çox yaxındır.

Braziliyalı futbolçunun Türkiyə klubunun təklifini qəbul etdiyi və ağlamlıq müayinəsindən keçmək üçün İstanbula gələcəyi bildirilir.

Qeyd edək ki, 2018-ci ildə 59 milyon avroya "Şaxtyor"dan "Mançester Yunayted"ə keçən 30 yaşlı futbolçunun karyerası gələn mövsüm başa çatır. Fred 5 mövsümdə "Mançester Yunayted"in heyətində 213 oyun keçirib, 14 qol vurub, 19 məhsuldar ötürmə edib.

Oruc Niyazov
Xəbəri paylaş