"Twitter" sosial şəbəkəsi 350 min dollar cərimə edilib.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, buna səbəb Birləşmiş Ştatların sabiq prezidenti Donald Trampın qaldırdığı iddia olub. Belə ki, sabiq Ağ Ev rəhbəri sözügedən sosial şəbəkə hesabında paylaşdığı bilgilərin ictimaiyyətə gec təqdim edildiyi iddiası ilə məhkəməyə müraciət edib. Məhkəmə Trampın irəli sürdüyü iddianı araşdırıb və sabiq prezidentin xeyrinə qərar qəbul edib.
Tramp isə özünün sosial media platforması olan TruthSocial-da verdiyi açıqlamada baş verənlərə görə, prezident Co Bayden və Ədliyyə Nazirliyini günahlandırıb. Sabiq prezident "Mən indi bildim ki, yaramaz Co Bayden mənim Twitter hesabınmı sındırıb"-deyə, vurğulayıb.
Mehman Mehdiyev