Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Arı sancması həyatına son qoydu -ÖZƏL

Arı sancması həyatına son qoydu


Türkiyədə qəribə olay baş verib. Newscenter.az "Haber Global"-a istinadən bildirir ki, Mustafa Fidan adlı şəxs arı sancması nəticəsində dünyasını dəyişib.

Hadisə Türkiyənin Aydın vilayətinin Çine qəsəbəsinin Çatlı məhəlləsində yaşanıb. 52 yaşlı Mustafa Fidan təsərrüfat işləri ilə məşğul olduğu zaman onu bir neçə arı sancıb. Anidən halı pisləşən Mustafa Fidan dərhal xəstəxanaya aparılsa da, lakin onun həyatını xilas etmək mümkün olmayıb.

Həkimlərin ilkin rəyinə görə, mərhumun arılara qarşı allergiyası olub.

Mehman Mehdiyev
Xəbəri paylaş