Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 6-14-cü km-lik hissəsində yolcizgi, yolgöstərici xətlərin və piyada zolaqlarının yenidən rənglənməsi işləri həyata keçirilir.
Newscenter.az-a Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, sözügedən işlər bir neçə gün davam etdiriləcək.
Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan hissədə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına və iş aparılan ərazilərdə qoyulmuş müvəqqəti nişanların tələblərinə riayət etmələri xahiş olunur.
Yarana biləcək müvəqqəti narahatlığa görə Agentlik üzr istəyir.
Sona