Cənubi Asiya ölkəsi olan Banqladeşdə yeni yayılan dang qızdırması epidemiyasına yoluxma və ölənlərin sayında artım davam edir.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, bu ölkədə dang qızdırması epidemiyasında həyatını itirənlərin sayı 364-ə yüksəlib.
Banqladeş Səhiyyə Xidmətləri Baş Müdirliyinin verdiyi açıqlamada bildirilib ki, son 24 saatda 2 min 959 nəfərə dang qızdırması diaqnozu qoyulub və ümumi yoluxma sayı 78 min 28-ə yüksəlib. İyulda 43 min 854 hadisə və 204 ölüm, avqustda isə 26 min 196 hadisə və 113 ölüm olduğu bildirilib.
Qeyd edək ki, ağcaqanad sancması nəticəsində keçən xəstəlik adətən baş ağrısı, yüksək hərarət, halsızlıq, şiddətli əzələ və oynaq ağrıları, qusma və qızartı kimi simptomlara səbəb olur.
Anar Əliyev