“Bir ölkə olaraq biz investisiyaları azaltmağı deyil, qənaətləri artırmağı hədəfləməliyik. Balansı qoruyarkən sosial rifahı inkişaf etdirməli və yüksəltməliyik”.
Newscenter.az trthaber-ə istinadən xəbər verir ki, bu fikirləri Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz səsləndirib. Vitse-prezident "İnkişaf perspektivinin gücləndirilməsi baxımından maliyyə sektorunda əmanət dərəcələrinin artırılması bizim üçün çox vacibdir”-deyə, vurğulayıb.
Cevdet Yılmaz həmçinin, qeyd edib ki, ilk növbədə fiskal intizama nail olmaq lazımdır:
"Bu yaxınlarda yaşadığımız böyük bir fəlakət, zəlzələ problemi var. Zəlzələnin birdəfəlik təsirləri istisna olmaqla, büdcə kəsirinin milli gəlirə nisbətini 2008-ci ildə saxlamaq perspektivimiz var".
Mehman Mehdiyev