Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Diaspora ilə iş kimi rıçaqlarımızın ağzı kütləşib -ÖZƏL

Diaspora ilə iş kimi rıçaqlarımızın ağzı kütləşib


Zaman-zaman quru sərhədlərinin açılması ilə bağlı fikirlər səsləndirilir, hətta hökumətdən tələb belə edilir. Bəs görəsən quru sərhədlərimizin açılması nə dərəcədə mümkündür, yaxud indiki məqamda belə bir addımı atmaq təhlükəli deyilmi?

Newscenter.az-ın xəbərinə görə, tarixçi Rəfail Eminov deyir ki, ölkəmizə qarşı 4 quru qonşumuzun 3- ü "işləyir" və 4-sü də namizəddir:

"Belə olan halda necə sərhədlər açılsın ki!? 4-cü namizəd ölkədə digər 3 ölkənin birgə səyi və koordinasiyası ilə müsəlmanlar mərkəzi hökümətlərinin gözündə təhdid səviyyələrinə qədər şişirdilir! Bir gün bu ölkədən rəsmən 700 min qaçqın ölkəmizin sərhədlərini keçsə təəcüblənməyin. Məqsəd də budur".

Tarixçi deyib ki, fars siyasətçiləri tarixi təcrübəni nəzərə alaraq xeyli zamandır Gürcüstan azərbaycanlıları arasında fəal təbliğat və təşkilatlanma işləri görür:

"Bizsə üzərimizə total şəkildə edilən ideoloji-psixoloji hücumun qarşısında yalnız öz ölkəmiz çərçivəsində müqaviməti təşkil edirik. Bir də sərhədlərimizi bağlamışıq. Dini qurumlar, Qafqaz müsəlmanları, Diaspora ilə iş kimi rıçaqlarımızın isə ağzı kütləşib və orada əyləşənlərin fəaliyyətinin olub olmaması hiss edilmir".

Anar Əliyev
Xəbəri paylaş