Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Etnik təmizləmə məhz azərbaycanlılara qarşı olub -ÖZƏL

Etnik təmizləmə məhz azərbaycanlılara qarşı olub


Azərbaycana qarşı Qərbdə və Avropanın bir sıra ölkələrində çirkin kampaniyaya start verilib. Öz qanuni ərazilərimizdə, suveren dövlətlərə xas olaraq qurduğumuz Laçın sərhəd buraxılış məntəqəsi obyektivlikdən çox-çox uzaq olaraq Qarabağdakı erməni əhalini blokadada saxlamaq cəhdi kimi qələmə verilir. Baxmayaraq ki, hər gün onlarla erməni məhz bu buraxılış məntəqəsindən heç bir maneə olmadan hərəkət edə bilir.

Newscenter.az-ın xəbərinə görə, məsələyə münasibət bildirən Milli Məclisin deputatı Tamam Cəfərova deyib ki,
Azərbaycanın öz suveren sərhədlərində qurduğu Laçın buraxılış məntəqəsinin fəaliyyətini tənqid edən və sözdə "etnik təmizləmə" və ya "blokada" kimi ifadələrdən istifadə etməkdən belə çəkinməyən bir sıra beynəlxalq qurumlar bilirlərmi etnik təmizləmə məhz Azərbaycanlılara qarşı olub:

"Həmin etnik təmizləmə onların bu gün müdafiə etməyə çalışdığı Ermənistanda baş verib".

Millət vəkili qeyd edib ki, Ermənistanın özünün təqdim etdiyi rəsmi rəqəmlərə diqqət edək: Ermənistan Statistika İdarəsinin 1979-cu il üzrə əhalinin rəsmi siyahıyaalma hesabatına əsasən, bu ölkədə 160,841 Azərbaycanlı yaşayıb. İrəvan o zaman əhalinin 5.3 faizinin Azərbaycanlıların təşkil etdiyini bəyan edib:

"Həmin ölkədə 2011-ci il rəsmi siyahıyaalma zamanı Ermənistanda yaşayan Azərbaycanlıların sayı: 0 (sıfır). Ermənistanın öz rəsmi statistikası bu ölkədə Azərbaycanlılara qarşı etnik təmizləmənin baş verdiyini bir daha təsdiq edir. Görəsən, bu faktlar bəzi beynəlxalq qurumların diqqətindən niyə kənarda qalır?".

Anar Əliyev
Xəbəri paylaş