Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İpotekada olan əmlak necə bölüşdürülür? -ÖZƏL

İpotekada olan əmlak necə bölüşdürülür?


Boşanmalar zamanı bir qayda olaraq meydana çıxan problemlərdən biri də ər və arvadın nikahda olarkən ipoteka ilə aldıqları evin kimə məxsusluğu ilə bağlı olur. Bəs görəsən bu problem necə tənzimlənir?

Newscenter.az-ın xəbərinə görə, məsələ ilə bağlı Azərbaycan Vəkillər Kollegiyasının üzvü, vəkil vəkil Vəfa Qədirova deyib ki, nikah dövründə ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Onun sözlərinə görə. ipoteka predmeti nikah dövründə əldə edildik də bu zaman həm əmlak, həm də borc ər və arvadın ümumi öhdəliyi sayılır:

"Məsələn: ər və arvad nikahdadırlar. Nikah dövründə ər 10 il müddətinə ipoteka krediti ilə mənzil əldə edir və 5 il sonra onlar boşanırlar. Əgər arvad ipoteka borcunu ödəməkdən imtina edərsə və bu halda 5 il ərzində ödənilmiş və ipotekaya dair digər ödənişlərin yarısının (ilkin ödəniş və s.) ona qaytarılmasını tələb edə bilər. Əgər ər həmin məbləği qaytarmaqdan imtina edirsə, arvad yuxarıdakı məbləğə bərabər olaraq evdən pay ala bilər. Nəticə etibarilə ər 5 il ərzindəki ödənişləri arvada qaytarır və əmlak onun özünə məxsus olur. Onlar borcu birlikdə ödəyir və əmlak paylı mülkiyyətdə qalır".

Vəkil deyib ki, onların hər ikisi borcu ödəməkdən imtina edərsə, bu halda kreditor borcun tutulmasını və əmlakın satılmasını tələb edir, əmlak satılıb borc ödənilir yerdə qalan vəsait onlar arasında bərabər bölüşdürülür.

İnqilab Süleymanov
Xəbəri paylaş