Kəskin istilərdən əziyyət çəkən Portuqaliyanı cənginə alan meşə yanğınları ölkədə 70 min hektar ərazinin yanmasına səbəb olub.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, yanğın yaşayış məntəqələri və kəndlərə yaxınlaşdığından xilasedicilər təxliyə işlərinə başlayıblar. Belə ki, nisbətən daha çox təhlükəli ərazi hesab edilən və yanğına yaxın olan kəndlərdən 1400-dən artıq insan təxliyə edilib.
Xilasedicilər yanğınları söndürə bilməsə də, ancaq ümumilikdə yanğının nəzarət altına alındığı da bildirilir.
Mehman Mehdiyev