"Müharibənin yeni fazaya daxil olduğunu Zelenski elan elədi. O, bildirdi ki, müharibə Rusiya ərazisinə gəlir. İndi olanlar da bunun təzahürüdür".
Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Azər Qasımov Ukraynanın Rusiyanın bir sıra şəhərlərinə hava hücumu həyata keçirməsini şərh edərkən səsləndiirib. Onun sözlərinə görə, Ukraynaya verilən silahların keyfiyyət göstəriciləri artdıqca dağıdıcılıq daha da artır:
"Qərb koalisiyası Ukraynaya daha uzaqmənzilli və müasir silahlar verdikcə Rusiyanın çox olan itkiləri daha da artır. Ukrayna müharibəni Rusiyanın ərazisinə keçirməklə öz iddiasını ortaya qoyur. Əgər mənim ərazilərim zərbə altındadırsa və mənim vətəndaşlarım bundan əziyyət çəkirlərsə, niyə Rusiya vətəndaşı rahat yaşamalıdır? Bunda da haqlıdır".
Politoloq hesab edir ki, Rusiya-Ukrayna müharibəsi özünün pik nöqtəsinə çatıb:
"Artıq tərəflərin gücləri eyniləşib və müharibədə pat vəziyyəti yaranıb. Tərəflər itkilər versələr də irəliləyiş azdır. Amma Ukraynanın bir üstünlüyü var, bu da, öz torpaqları uğrunda müharibə aparırlar, bununla yanaşı, onlar üçün müharibənin taleyini həll edəcək bir istiqamət vardır ki, burda vəziyyət onların xeyrinədir. Zaparoje istiqamətində cəbhənin yarılması və Azov dənizinə çıxılması Krımın itirilməsi ilə nəticələnəcək ki, bundan sonra Rusiyanın müqaviməti qırılacaq".
Anar Əliyev