Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Sosial Xidmətlər Agentliyinin rəhbəri şəhidin ailəsini ziyarət edib

Sosial Xidmətlər Agentliyinin rəhbəri şəhidin ailəsini ziyarət edib


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov Qusarda şəhid Ramin Nurəhmədovun ailəsini ziyarət edib.

Newscenter.az Agentliyə istinadən xəbər verir ki, ziyarət zamanı şəhidimizin vətənpərvərliyindən, həmçinin döyüş yolundan danışılıb. Vüqar Behbudov şəhid Ramin Nurəhmədovun xatirəsinin daim əziz tutulacağı, ailənin bundan sonra da qayğı ilə əhatə olunacağını vurğulayıb.

Qeyd edək ki, Vətən müharibəsi şəhidi Ramin Nurəhmədov 2 noyabr 2020-ci ildə qəhrəmancasına şəhid olub. Qusar rayonunda dəfn olunub. Şəhidimizin 2 övladı yadigar qalıb.

Prezident İlham Əliyevin Sərəncamları ilə o, ölümündən sonra “Şuşanın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və ”Vətən uğrunda” medalı təltif edilib. Şəhidin ailəsi zəruri sosial dəstək tədbirləri ilə əhatə olunub, ailəyə sosial ödənişlər təyin edilib.


Anar Əliyev
Xəbəri paylaş