Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Urmiya gölünün quruması Naxçıvana da təsir göstərəcək -ÖZƏL

Urmiya gölünün quruması Naxçıvana da təsir göstərəcək


Urmiya gölü sürətlə quruyur, əkinçiliyə və heyvandarlığa zərər dəyib, quruma nəticəsində duz qasırğalarının ətraf aləmə, o cümlədən Türkiyə və Naxçıvana mənfi təsiri olacaq.

Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Elxan Şahinoğlu səsləndirib. O bildirib ki, Urmiya gölünün quruması İranın “dərin dövlətinin” vecinə deyil, əksinə Güney Azərbaycana, Azərbaycana və Türkiyəyə ekoloji prolemlərin yaranmasından faydalanmaq istəyirlər:

"Ancaq axı bunun bir ucu özlərinə də toxunacaq. Müxtəlif hesablamalara görə, duz qasırğası gölün 500 kilometr radiusunda yaşayan on milyonlarla sakinə təsir edəcək".

Elxan Şahinoğlu deyib ki, İranda hər yeni gələn prezident Urmiya gölünün problemini həll edəcəyini vəd edir, bir az keçir, vədini yaddan çıxarır və ya “dərin dövlət” ona izah edir ki, “bu məsələyə qarışma!”.

"Bu səbəbdən Tehran Urmiya gölünün ekoloji problemlərinin həlli məqsədilə beynəlxalq qurumların və ekspertlərin rəyini də qulaqardına vurur".

Anar Əliyev
Xəbəri paylaş