Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Voleybolçu qızlarımız Sloveniyada 3 yoxlama oyunu keçirib

Voleybolçu qızlarımız Sloveniyada 3 yoxlama oyunu keçirib


Avropa çempionatına hazırlıqları davam etdirən qadın voleybolçulardan ibarət millimiz Sloveniyadakı təlim-məşq toplanışı çərçivəsində üç yoxlama oyunu keçirib.

Newscenter.az Azərbaycan Voleybol Federasiyasına istinadən bildirir ki, komandamız ilk yoxlama matçında Kamerun yığması ilə qarşılaşıb və oyun 2:2 hesabı ilə yekunlaşıb. Qızlarımız növbəti iki yoxlama oyununu isə yerli yığmaya qarşı keçiriblər. Qarşılaşmaların birində Sloveniya yığması 3:1 hesabı ilə qalib gəlib. Növbəti qarşılaşma isə komandamızın 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, millimiz Sloveniyada daha bir yoxlama görüşü keçirəcək və rəqib Macarıstan yığması olacaq.

Oruc Niyazov
Xəbəri paylaş