Ermənistan Qarabağdakı vəziyyəti müzakirə etmək üçün BMT Təhlükəsizlik Şurasının fövqəladə iclasını çağırılması üçün BMT-yə rəsmi müraciət edib.
Ermənistanın ortaya atdığı siyasi gündəliklə davam etdiyimiz müddətcə proseslər bizim əleyhimizə cərəyan edəcək. Bu vəziyyətdə Azərbaycan Qarabağda oz suverenliyini təmin etmək işində yeni maneələrlə qarşılaşır. 2,5 ildir nəinki Xankəndinə girə bilməmişik, hec Xocalıda, Şuşanın və Xocavəndin kəndlərində də yoxuq!!!
Qarabağdaki terörist qruplaşmalara qarşı tərksilah əməliyyatları ilə bölgədə Arayik Arutunyan və Ruben Vardanyan başda olmaqla cinayətkarlara qarşı hüquq mühafizə orqanlarının xüsusi əməliyyatları olmadan Qarabağda suverenliyimizi təmin edə bilməyəcəyik!!!
Heç bir Qarabağlı mülki erməni vəya ictimai şəxs bunlar edilmədən bizimlə yaşamaq üçün əməkdaşlıq etməz, çünki günün günorta çağı şəhərin ortasında öldürüləcəyini bilir!!!
Paşinyanın 10 minlik ordunu Qarabağdan çıxaracağı və Qarabağlı erməni cinayətkarların Azərbaycanla razılaşmaq üçün masaya oturacağı fikirləri isə illüziyadır. Bunu təbliğat və diplomatik masada siyasi manevra kimi istifadə etmək olar, ancaq bunun olacağına inanmaq sadəlövhlük olar!!!
Nə qədər ki, geosiyasi, hərbi, hüquqi, iqtisadi və psixoloji şərtlər lehimizədir anti-terror əməliyyatları keçirməliyik!!!
44 günlük müharibədə etdiyimiz kimi qısa bir periodda geosiyasi balanslaşdırma ilə diplomatik və təbliğat maşınını isə salıb Qarabağda lazımi real hərbi və hüquqi tədbirləri görməliyik!!!
Nazim Cəfərsoy-QAFSAM-ın sədr müavini