Rusiya Federasiyasından Azərbaycan Respublikasına gələn Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi yük nəqliyyat vasitəsinə Xaçmaz gömrük idarəsinin “Samur” gömrük postunda gömrük baxışı keçirilib. Şifahi sorğu-sual zamanı sürücü nəqliyyat vasitəsində gömrük orqanına bəyan edilməyən, gömrük nəzarətindən gizlədilən hər hansı predmetin olmadığını bildirib. Lakin sürücünün davranışları gömrük əməkdaşlarında şübhə doğurduğundan avtomobilin stasionar rentgen qurğusunda yoxlamadan keçirilməsinə qərar verilib.
Newscenter.az xəbər verir ki, gömrük baxışı zamanı avtomobilin qoşqusunda şübhəli təsvirlər müşahidə olunub və yükə yoxlama qrupu tərəfindən təkrar baxış keçirilib.
Nəticədə nəqliyyat vasitəsinin qoşqusunun döşəməsi sökülərkən əvvəlcədən quraşdırılan gizli saxlanc yerindən gömrük orqanına bəyan edilməyən, gömrük nəzarətindən gizlədilən 8 adda 282200 ədəd siqaretlər, 4320 ədəd pirotexniki vasitə aşkar edilib.
Faktla bağlı təhqiqat aparılır.
Sona