Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Situasiya antiterror əməliyyatlarının zəruriliyini bir daha önə çıxarır

Situasiya antiterror əməliyyatlarının zəruriliyini bir daha önə çıxarır


"Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Xocavənd istiqamətində mövqelərimizin atəşə tutulması "humanitar böhran" şousunun iflasından xəbər verir".

Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Bəhruz Məhərrəmov səsləndirib. Millət vəkilinin sözlərinə görə, bölgədə “gərgin humanitar vəziyyət”, yaxud “humanitar yük” adı altında Laçın istiqamətində göndərilən yüklərin qəbul edilməməsinin erməni sakinlərə qarşı “etnik təmizləmə” kimi qələmə vermək cəhdinin səmərəsiz olduğunu görən İrəvan bu dəfə ənənəvi üsulla prosesi "etnik münaqişə müstəvisində" servis etmək istəyir:

"Lakin Azərbaycanın çoxmillətli, çoxkonfessiyalı dövlət, milli azlıqların azad, rahat yaşadığı nümunəvi ölkə olaraq formalaşdırdığı imic bu absurd niyyəti də səmərəsiz cəhdə çevirir. Lakin digər tərəfdən ermənilərin təxribat metodu kimi silaha əl atmaqla bölgədə yeni qarşıdurma riski yaratmasının cavabı yalnız bəyanatlardan ibarət ola bilməz və olmayacaq da. Situasiya antiterror əməliyyatlarının zəruriliyini bir daha önə çıxarır. Qarabağdakı separatçı rejim və qanunsuz silahlıların layiq olduğu formada sıradan çıxarılması həm də problemlərin köklü həlli demək olacaq".

Anar Əliyev
Xəbəri paylaş