Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

30 il BMT qərarlarını icra etməyən Ermənistanın quruma müraciət etməsi riyakarlıqdir

30 il BMT qərarlarını icra etməyən Ermənistanın quruma müraciət etməsi riyakarlıqdir


"30 il BMT qərarlarını icra etməyən Ermənistanın eyni quruma müraciət etməsi və ondan imdad diləməsi riyakarlıqdir".

Newscenter.az xəbər verir ki, bu fikirləri hərbi ekspert Ədalət Verdiyev Ermənistanın Qarabağdakı vəziyyətin müzakirəsi üçün BMT Təhlükəsizlik Şurasının fövqəladə toplantısının çağırılması məqsədilə təşkilata müraciətini şərh edərkən səsləndirib.

Ədalət Verdiyev deyib ki, məsələsinin müzakirəsi üçün BMT əvvəlki qərarını ozü inkar edə bilməz:

"Etsə belə, bu qərarın icrası üçün bizim də ən azı 30 ilimiz var. Ona qədər regionda türk dünyasının imkanları maksimum genişlənəcək. Ermənistan da məcburən ağılanacaq, ya da ağılllandırılacaq. Əks halda heç bir sərt addım atmasaq belə, ətrafındakı 135 milyonluq türk dünyası 2 milyonluq hay tayfasını asta-asta inteqrasiya yolu ilə həzm edəcək".

Hərbi ekspert deyib ki, "Biz Zəngəzura və digər tarixi torpaqlarımıza mütləq qayıdacağıq" deyəndə həm də 70 dəfəlik bu say fərqini nəzərə alırıq:

"Dövlətin ən böyük silahı onun vətənpərvər əhalisi və bu əhalinin dəstək verdiyi Ordusudur. Ermənistan hazırda hər iki vacib faktordan məhrum olduğu halda bu məsələlər Azərbaycanda ən yüksək səviyyədə və tamamilə həll olunub".

Anar Əliyev
Xəbəri paylaş