Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Almaniya və digər Avropa ölkələrinə vətəndaşlarımızı köçməyə həvəsləndirmək üçün məqsədyönlü təbliğat işi aparılır

Almaniya və digər Avropa ölkələrinə vətəndaşlarımızı köçməyə həvəsləndirmək üçün məqsədyönlü təbliğat işi aparılır


Diqqətli olsaq görərik ki, Almaniya və digər Avropa ölkələrinə vətəndaşlarımızı köçməyə həvəsləndirmək üçün məqsədyönlü təbliğat işi aparılır!

Bu məqsədlə əsas tik-tok şəbəkəsi meydan seçilib. Bunu həyata keçirən şirkətlərin bazarı çiçək açıb. Sürətlə Vətənimizdən əmək qüvvəsi, miqrantlara çevrilib həmin ölkələrə aparılır.

Təbliğat işləri aparan blogerlərin videolarına diqqət etsəniz, kiminsə dili dolaşıb getdikləri ölkədə heç də "qaz vurub qazan doldurmadıqlarından", " Yel əsib qoz tökülmədiyindən", danışan kimi əlavə kometlər vasitəsi ilə onu tənbeh edib yönəldirlər. Sanki hər şeyi nəzarətdə saxlayanlar var. Onlar kimdirlər? Bu sualın cavabını bilmirəm. Lakin hər kimdirlərsə, güclü adamdırlar. Bəlkə də yeni masonlardır! Hər halda gözümüz önündə, elə sosial şəbəkələrdən izləməklə görürük ki, vətəndaşlarımız ölkəni tərk edir!

Onlar ora kefə aparılmır, çəkilmir!

Onlar qul olmağa gedirlər. Onlar məcbur edilmirlər, məcbur olurlar! Qoy yazım qul nədi. Onların orada siyasi, ictimai, sosial həyatda heç bir hüququ olmayacaq. Universitet təhsilli azərbaycanlının belə orada yalnız almanın işləmədiyi sahədə fəhlə adı ilə aşağı maaşla işləmək hüququ olacaq. Orada onların öz həyatlarını təkrar istehsal edəndə övladları artıq onların olmayacaq, Almaniyanın olacaq! Canlı ölülər olacaqlar. Onların bir çoxu geriyə qayıda bilməyəcək. Çünki yaşamaqda çətinlik çəkdikləri üçün yardım almaq üçün öz ölkələri əlehinə bəzi şeyləri uydurmalı olurlar. Sosial şəbəkələrdən cənnət haqqında yanlış təsəvvürlər formalaşdırırlar.

Rəfail Eminov
Xəbəri paylaş