Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Din hesabına yaşayanlar hər zaman zalımların yanında yer alıb

Din hesabına yaşayanlar hər zaman zalımların yanında yer alıb


Hər zaman bir şey hesabına yaşayanlar həmin şey naminə yaşayanların işini pozub, onları məqsəddən uzaqlaşdırıb. Bütün sahələrdə bu belədir. Hesabına yaşayanlar yalnız öz mənfəətlərini, naminə yaşayanlar isə sadəcə həmin şeyin obyektiv maraqlarını üstün tutublar. Məsələn, vətən hesabına yaşayanlar fərqli oyunlarla ancaq mənfəətlərini güdüblər, bu işdə torpaq satmağa qədər irəli gediblər. Vətən naminə yaşayanlar isə dünyada ən dəyərli şey olan canlarını da fəda veriblər. Vətən hesabına yaşayanların mənfəətləri artdıqca onun naminə yaşayanlar daha çox şəhid olub, xəyanətlərə məruz qalıb.

Din hesabına yaşayanlar hər zaman zalımların yanında yer alıb və zülmə razı olan yeni bir din modeli yaratmağa çalışıblar. Tarixdə din naminə yaşayanlar din hesabına yaşayanların yaratdığı bir çox əzab-əziyyətlərlə qarşılaşıblar. Kərbəla hadisəsi İslam tarixində bunun ən bariz nümunəsidir. Döyüşən hər iki tərəf dindar idi. Amma bir tərəf din naminə yaşayan, digər tərəf din hesabına yaşayanlar idi. Buddizm və hinduizm, prostestantlıq və katolisizm, şiəlik və əməvi-abbasi dinçiliyi belə qarşıdurmalar olub. Birincilər naminə, ikincilər din hesabına yaşayanlar olub.

Əli İbrahimov-hüquqşünas
Xəbəri paylaş