Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qərb Ukraynanın daha çox dağılmasına, insanlarının ölməsinə səbəb olur

Qərb Ukraynanın daha çox dağılmasına, insanlarının ölməsinə səbəb olur


Rusiya Xarkov istiqamətində irəliləyir. Artıq Xarkov istiqamətində ən strateji şəhərlərdən biri olan Kupyansk demək olar ki, Rusiyanın nəzarətindədir.

Newscenter.az-ın xəbərinə görə, ictimai fəal Rəşad Quliyev deyib ki, Qərb Ukraynanın daha çox dağılmasına, insanlarının ölməsinə səbəb olur:

"Qərbin Ukraynanın başlatdığı əks hücumdan gözləntiləri böyük idi. Qərbin bu ümidləri suya düşdü. Rusiya Xarkovda geri çəkiləndə Ukrayna bayram edirdi ki, uduzurlar. Ancaq o zamanlar Rusiya MN-nin açıqlamasında bildirmişdi ki, bu taktiki geriçəkilmədir".

Rəşad Quliyev təəssüf hissi ilə qeyd edib ki, iki eyni dindən, soydan olan qardaşı bir birinə düşmən etdilər:

"Zaman gələcək iki xalq bu tarixi utancla yad edəcəklər. Necə ki, biz Səfəvi Osmanlı savaşını utancla xatırlayırıq".

Anar Əliyev
Xəbəri paylaş