Mərakeş sahil mühafizəçiləri ölkənin cənubundakı Daxla əyalətinin sahillərində quruya çıxan qayıqdan 130 seneqallı qeyri-qanuni miqrantı xilas ediblər.
Newscenter.az bildirir ki, Mərakeşin rəsmi agentliyi MAP bu barədə xəbər verib.
Xəbərdə sözügedən qayığın İspaniyanın nəzarətindəki Kanar adalarına getmək üçün Seneqalın Thies şəhərindən yola düşdüyü bildirilib.
Mərakeş Daxili İşlər Nazirliyinin məlumatına görə, təkcə cari ilin ilk 5 ayında 25 519 qeyri-qanuni miqrasiya cəhdinin qarşısı alınıb. Göstərilən müddət ərzində 3150 qeyri-qanuni miqrant batmaq təhlükəsindən xilas edilib.
Mehman Mehdiyev