7 ildir axtarışda olan FETÖ-çü Necməddin Özmen həbs edilib.
Newscenter.az "Haber Global"-a istinadən bildirir ki, Fətullahçı Terror Təşkilatına (FETÖ) üzv olmaqda təqsirli bilinən Ali Məhkəmənin keçmiş istintaq hakimi Necməddin Özmen Ankara Polis İdarəsi Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsində yaradılmış xüsusi qrup tərəfindən Ankaranın Etimesqut rayonunda yaxalanıb.
Özmen Ankara Polis İdarəsində aparılan proseslərdən sonra ədliyyəyə aparılıb. Prokurorluqdakı ifadəsi tamamlanan FETÖ=çu keçmiş hakim barəsində həbs qərarı çıxarılıb.
Mehman Mehdiyev