Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Amerikada partlayış, ölənlər və yaralananlar var -ÖZƏL

Amerikada partlayış, ölənlər və yaralananlar var


ABŞ-ın Pensilvaniya ştatında partlayış hadisəsi qeydə alınıb.

Newscenter.az trthaber-ə istinadən bildirir ki, hadisə Pensilvaniya ştatının Allegheny qraflığında Plum şəhərindəki
mənzillərdən birində baş verib. Partlayış nəticəsində 5 nəfər ölüb, 3 nəfər yaralanıb. Partlayışın gücündən binadakə 3 ev dağılıb, ən azı 12 evə isə zərər dəyib. 2 mənzildə isə yanğın baş verib. Hadisə yerinə çoxlu sayda təcili yardım və yanğınsöndürənlər cəlb edilib.

Partlayışın səbəbi hələlik məlum olmasa da, hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Mehman Mehdiyev
Xəbəri paylaş