Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanlı hakim Avropa çempionatının oyunlarını idarə edəcək

Azərbaycanlı hakim Avropa çempionatının oyunlarını idarə edəcək


Beynəlxalq dərəcəli azərbaycanlı hakim Eldar Zülfüqarov qadın voleybolçular arasında keçiriləcək Avropa çempionatının oyunlarını idarə edəcək.

Newscenter.az Azərbaycan Voleybol Federasiyasına istinadən xəbər verir ki, Avropa Voleybol Konfederasiyasının təyinatına əsasən həmyerlimiz D qrupunun qarşılaşmalarında meydana çıxacaq.

Estoniyanın ev sahibliyi etdiyi bu qrupda mübarizə avqsutun 16-da başlayacaq. Estoniya ilə yanaşı, Finlandiya, Fransa, Slovakiya, İspaniya və Niderland yığmaları bu qrupda yer alıblar.

Oruc Niyazov
Xəbəri paylaş