Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

BMT Təhlükəsizlik Şurasının Ermənistanın təklifinə müsbət cavabı siyasi riyakarlıq olar -ÖZƏL

BMT Təhlükəsizlik Şurasının Ermənistanın təklifinə müsbət cavabı siyasi riyakarlıq olar


“Əgər Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası (BMT TŞ) işğalçı Ermənistanın müraciəti əsasında fövqəladə iclas çağırıb Qarabağdakı vəziyyəti müzakirə edəcəksə, bu siyasi riyakarlıqdan başqa bir şey olmayacaq”.

Bu fikirləri Newscenter.az-a Milli Məclisin deputatı İqbal Məmmədov Ermənistanın sözügedən təşkilata Təhlükəsizlik Şurasının fövqəladə iclasının keçirilməsi ilə bağlı təklifini şərh edərkən səsləndirib. Millət vəkili bildirib ki, BMT və bu qurumun Təhlükəsizlik Şurası ədalətli və obyektiv olsa, İrəvana 30 il ərzində TŞ-nin qəbul etdiyi 4 qətnaməyə nədən əməl etmədiyi sualını verməlidir:

“Bir təşkilatın qəbul etdiyi 4 qətnamənin heç birinə əməl etməyən Ermənistanın təşəbbüsü ilə BMT Təhlükəsizlik Şurasının fövqəladə toplatısı keçirilərsə, bunun adı ikiüzlülük, siyasi riyakarlıq, eyni zamanda işğala bəraət qazamdırmaqdan başqa bir şey olmayacaq”.

İqbal Məmmədov qeyd edib ki, hələ 2017-ci ildə BMT Baş Assableyasının sessiyasında çıxışı zamanı Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev BMT və onun Təhlükəsizlik Şurasının qiymətini verib və bu qurumda islahatların həyata keçirilməsinin zəruriliyini dilə gətirib:

“Cənab Prezident həmin sessiyada çıxışı zamanı dediyi kimi bəzi hallarda BMT-nin Təhlükəsizlik Şurasının qətnamələri bir neçə gün ərzində icra olunur. Bizə gəldikdə isə qətnamələr icra olunmur. Bu, ikili standarta əsaslanan yanaşmadır. Bu yanaşma qəbuledilməzdir. Ermənistana qarşı beynəlxalq sanksiyalar qəbul edilməlidir. BMT-nin mühüm islahatlarından biri Təhlükəsizlik Şurasının qətnamələrinin icra mexanizminin yaradılması olmalıdır”.

Millət vəkili hesab edir ki, Azərbaycanın 44 günlük Vətən müharibəsində tarixi zəfəri və regionda yeni reallıqlar yaratması Ermənistana havadarlıq edən bəzi regional və beynəlxalq gücləri ciddi narahat edib və son vaxtlar ölkəmizə qarşı yönələn təzyiqlər də məhz bunun göstəricisidir:

“İstənilən halda heç bir təzyiq və ya bir başqa təsir vasitəsi Azərbaycanı öz yolundan döndərə bilməz. Çünki Azərbaycan haqqı yolundadır, apardığımız mübarizə haqq mübarizəsidir. Eyni zamanda bizim mübarizəmiz təkcə Azərbaycanın deyil, ümumilikdə regionun sabitlik və təhlükəsizliyinın təmin olunması üçündür”.

Anar Əliyev
Xəbəri paylaş