Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Danışıqlar prosesinə mənfi təsir göstərəcək addım -ÖZƏL

Danışıqlar prosesinə mənfi təsir göstərəcək addım


“Ermənistanın BMT Təhlükəsizlik Şurasının fövqəladə toplantısının çağırılması ilə bağlı təklifi danışıqlar prosesinə mənfi təsir göstərəcək addımdır”.

Bu fikirləri Newscenter.az-a siyasi ekspert Çingiz Şahbazi səsləndirib. O bildirib ki. Ermənistanın bu addımı Vaşinqton və Brüsseldə keçirilən görüşlərin və bundan sonra planlaşdırılan danışıqlar prosesinə ciddi şəkildə öz mənfi təsirini göstərə bilər:

“ABŞ -ın bu qədər əlverişli vəziyyəti əldən buraxması və yenidən Rusiyaya Cənubi Qafqazın taleyini vermək kimi ehtimallar, heç inandırıcı deyil və əksinə məhz Ermənistanın bu siyasi oyunlarının arxasında məhz Rusiyanın olduğunu bildiyi üçün, burada Makronun da məhz ABŞ -a qarşı Putinlə birlikdə olması bizə əsas verir deyək ki, Ermənistanın bu təxribatlarının müəllifi Rusiyadır”.

Ekspertin qənaətincə, Rusiya çalışır ki Vaşinqton və Brüssel platformalarında keçirilən danışıqlar pozulsun:

“Bunun üçün hər zaman olduğu kimi indi də Ermənistana böyük vədlər mütləq ki, verilmişdir”.

Anar Əliyev
Xəbəri paylaş