"Laçın yolunun açılmasına görə saçlarını yolub tumanlarını başına atanlar, Bakıdan "humanist" olmağa tələb edənlər, nədənsə bu yolla 30 illik işğal və ondan sonrakı 30 ay ərzində Ermənistan tərəfindən Azərbaycan ərazilərindəki erməni silahlılarına qanunsuz silah, hərbi texnika, heyyət və mina daşınmasını tam görməzdən gəlirdilər".
Newscenter.az xəbər verir ki, bu fikirləri hərbi ekspert Ədalət Verdiyev səsləndirib. Ekspert daha sonra bunları qeyd edib:
"Bu utanmaz fəaliyyətlərinizə çavab olaraq Azərbaycanın sərhəd keçid məntəqəsi yaratdı və bu məntəqə Azərbaycanın dövlət təhlükəsizliyinin təminatı baxımından mühüm əhəmiyyətə malikdir. Təhlükəsizlik məsələsində isə bu gün Azərbaycana kiminsə təzyiq etmək imkanları mövcud deyil.
Hay-küy salmayın, bu mənasız məşğuliyyətdir, topunuzu götürün, gedin Qafana və hələlik orda oynayın.
Məsləhətə qulaq asmayanlara isə növbəti hay küy salmaq üçün yeni mövzunu ən yaxın müddətdə təqdim edə bilərik".