"Ermənistanın BMT Təhlükəsizlik Şurasına Azərbaycanla bağlı məsələni qaldırmaq, həmçinin şərti sərhəddə ordu birliklərini cəmləşdirməklə Brüssel və Vaşinqton formatının üstündən xətt çəkir".
Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Məhəmməd Əsədullazadə səsləndirib. O bildirib ki, Ermənistanın BMT Təhlükəsizlik Şurasına Azərbaycanın Qarabağ iqtisadi rayonunda yaşayan erməniləri "blokada"da saxlaması və Laçın yolunun açılması üçün şikayəti müsbət nəticələnməyəcək:
"Ermənistanın bu siyasəti Cənubi Qafqazda gərginliyi artırmaqla yanaşı, həm də Yerevanın Azərbaycana qarşı beynəlxalq təzyiqin formalaşdirılmasına çalışmasıdır. Bununla da Azərbaycana hərbi hücum etməsini legitimləşdirməyi planlaya bilər".
Məhəmməd Əsədullazadə deyib ki, Ermənistan iki istiqamətdə, həm diplomatiya, həm də şərti sərhəddə hücuma keçməyə çalışır:
"Fransa, İran prorsesdə Ermənistanı dəstəkləyir. Hərbi toqquşma riski var və Ermənistan tərəfi sülh müqaviləsinin bağlanmasından boyun qaçırıb".
Anar Əliyev