"Son 31 ildə Ermənistanın dövlət səviyyəsində törətdiyi cinayətlərin təsnifatına diqqət etsək, həmin əməllər bir qayda olaraq sülh və insanlıq əleyhinə cinayətlər və müharibə cinayətlərində ehtiva olunur. Bu əməllərin bir çoxu artıq törədilib başa çatsa da, minalanma, Azərbaycan əleyhinə düşmənçilik təbliğatı, habelə revanşist niyyətlər özlüyündə davam edən cinayətlərdir və ədalətin bərpası, yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə mütləq qaydada qaydada cəzalandırılmalıdır".
Newscenter.az xəbər verir ki. bu fikirləri Milli Məclisin deputatı Bəhruz Məhərrəmov səsləndirib. Onun sözlərinə görə. keçmişdə törədilən, artıq bitmiş cinayətlərə gəlincə, nəzərə alınmalıdır ki, sülh və insanlıq əleyhinə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə və müharibə cinayətləri törətmiş şəxslərə nə müddətin keçməsi ilə bağlı cinayət məsuliyyətindən, nə də ittiham hökmünün icrası müddəti ilə əlaqədar cəza çəkməkdən azad etmə tətbiq olunmur:
"Yəni istənilən halda azərbaycanlılara qarşı cinayətlərdə, o cümlədən 30 illik urbisid, kulturasid və ekosiddə əli olan hər kəs, eləcə də Ermənistanın bütün müvafiq dövrlər üzrə hərbi-siyasi rəhbərliyinin məsuliyyətə cəlb edilməsi labüddür. Ortada təkzibedilməz dəlillərlə sübut olunan əməllər var və cinayətlərin obyektiv və subyektiv cəhətlərinə diqqət etsək, bu, birbaşa bəşəriyyətə yönəli, insanlığı hədəfə almış əməllərdir".
Deputat qeyd edib ki, əslində onların məsuliyyətə cəlb olunması beynəlxalq hüququn prinsiplərinə, insan haqlarına hörmət edən hər bir beynəlxalq subyektin borcudur:
"Amma necə ki 30 il cinayətlərə göz yumdular, bu gün də beynəlxalq ictimaiyyət susqunluq nümayiş etdirməkdə, cinayətkarların cəzalandırılması üçün heç bir səy göstərməməkdə davam edir. Lakin eyni zamanda heç kim unutmamalıdır ki, Azərbaycan öz Müzəffər Ali Baş Komandanının rəhbərliyi altında işğala, təcavüzə son qoydu, elə də də canilərin cəzalandırılması bütün mexanizmlərdən istifadə olunmaqla təmin ediləcək".
Anar Əliyev