"Səyyar ASAN xidmət məntəqələrindən biri Laçın sərhəd buraxılış məntəqəsinin yaxınlığında qoyulsun". Newscenter.az xəbər verir ki, QAFSAM-ın sədr müavini Nazim Cəfərsoy belə bir təşəbbüslə çıxış edib. O bildirib ki, Ermənistandan buraxılış məntəqəsini keçərək ölkəyə qayıdan və ya ölkədən çıxan bütün Qarabağ ermənilərinə Azərbaycan vətəndaşlığı təklif edilməlidir:
"Qanuni şərtlərə uyğun olan və qəbul edənlərə vətəndaşlıq verilməlidir. Qəbul etməyənlərə isə Azərbaycan miqrasiya qanunvericiliyinə uyğun olaraq şərtli olaraq 3 aylıq müvəqqəti oturma izni verilməlidir. Bu 3 aylıq müvəqqəti oturma icazəsinin ən çox 3 dəfə veriləcəyi elan edilməlidir. Bundan sonra vətəndaşlıq istəməyən yerli ermənilərə miqrasiya kartı verilməyəcəyi və qanunsuz ölkədə olanların dövlətin gücləri tərəfindən beynəlxalq və yerli miqrasiya qanunvericiliyinə uyğun olaraq ölkədən çıxarılacağı bildirilməlidir. Bu şərtlər o ermənilərlə beynəlxalq qanunvericiliyə də uyğun sənədlərlə rəsmiləşdirilməlidir. Şərtləri rəsmi olaraq qəbul etməyən ermənilər ölkəyə buraxılmamalidir".
Nazim Cəfərsoy deyib ki, vətəndaşlığı qəbul edənlərin kimliyi isə təhlükəsizlik səbəbiylə gizli saxlanılmalıdır:
"Müəyyən müddətdən sonra Azərbaycan öz vətəndaşlarını cinayətkar dəstənin əlindən xilas etmək məqsədilə humanitar əməliyyat keçirməlidir".
Anar Əliyev