Liviya ölkə tarixində ilk dəfə olaraq yerli özəl şirkətlərə neft hasilatına investisiya yatırmaq imkanı verib.
Newscenter.az haber7.com-a istinadən bildirir ki, bu məqsədlə Liviya özəl şirkətlərinə neft hasilatının artırılması və kiçik neft yataqlarının işlənilməsi strategiyasının bir hissəsi olaraq bu yataqlara investisiya qoymaq çağırışı edilib. Məlumata görə, investisiya təkliflərinin qəbulu üçün tender elan olunacaq və təkliflər texniki qiymətləndirildikdən sonra təsdiq ediləcək.
Qeyd edək ki, əvvəllər yerli özəl şirkətlər yalnız qazma, yaşayış, nəqliyyat və digər logistika sahələrinə investisiya yatıra bilirdilər. Lakin bu qərarla onlar da neft hasilatında iştirak edə bilərlər. İqtisadçılar hesab edirlər ki, bu Liviya neft sektoru üçün böyük transformasiyadır.
Mehman Mehdiyev