Azərbaycan Dəmir Yollarından və kənar təşkilatlardan ümumilikdə 349 nəfər maşinist və maşinist köməkçiləri üçün 3 mərhələli imtahan prosesinə qatılıb.
Newscenter.az "Azərbaycan Dəmir Yolları" QSC-yə istinadən bildirir ki, sonda 92 namizəd dəmiryol nəqliyyatının idarə edilməsi hüququnu təsdiq edən vəsiqəyə sahib olub.
Kənar qurumlardan müraciət edən 38 namizəddən 15-i imtahanı uğurla başa vurub. Ümumilikdə, maşinist vəsiqəsi üçün müraciət edənlərin 27 faizi imtahanı uğurla bitirib.
R.Mehdiyeva