Myanmada mədəndə baş verən torpaq sürüşməsi nəticəsində 30-dan çox insan itkin düşüb.
Newscenter.az-ın trthaber-ə istinadən verdiyi xəbərə görə, hadisə Myanmanın Kaçin əyalətinin Hpakant bölgəsindəki mədən karxanasında qeydə alınıb.
İtkin düşən mədənçilərin axtarış-xilasetmə işləri davam edir. Hadisə zamanı xəsarət alan 8 yaralı isə xəstəxanaya yerləşdirilib.
Bu arada sürüşmənin baş verdiyi mədənin qeyri-qanuni fəaliyyət göstərdiyi iddia edilib. 2020-ci ildə baş verən qəzada əksəriyyəti immiqrant olan 160-dan çox işçi torpaq sürüşməsi nəticəsində həlak olub.
Mehman Mehdiyev