Nigeriyada məscidin çökməsi nəticəsində 10 nəfər dünyasını dəyişib.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, hadisə ölkənin Kaduna əyalətində qeydə alınıb. Belə ki, 186 illik tarixi olan məscidin uçması onlarla insanın yaralanmasına da yol açıb. Məscid namaz zamanı çökdüyündən yaralı və ölü sayının daha çox olacağı ehtimal edilir. Yaralılar dərhal yaxınlıqdakı xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, sözügedən məscid 1835-1837-ci illər arasında dövrün əmiri Məhəmməd Bello tərəfindən tikilib.
Mehman Mehdiyev