İspan klubu "Real Madrid" uzun axtarışlardan sonra nəhayət ki, özünə qapıçı tapıb.
Newscenyter.az trthaber-ə istinadən bildirir ki, komanda "Çelsi"nin ispaniyalı qapıçısı Kepa Arrizabalaqanı 1 illik icarəyə götürüb.
Türk futbolçu Arda Gülərin də çıxış etdiyi İspaniya nəhəngi Tibo Kurtuanın zədələnməsindən sonra qapıçı axtarışına çıxmışdı.
Qeyd edək ki, London komandasında ümumilikdə 5 mövsüm keçirən qapıçı 163 matçda meydana çıxıb. O, 59 matçda qapısını qorumağı bacarıb.
Oruc Niyazov