Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiyanı çox ciddi böhran gözləyir -ÖZƏL

Rusiyanı çox ciddi böhran gözləyir


"Rusiyanı yaxın gələcəkdə istər iqtisadi baxımdan, istərsə də siyasi baxımdan çox ciddi böhran gözləyir".

Newscenter.az xəbər verir ki, bu fikirləri siyasi ekspert Çingiz Şahbazi səsləndirib. Ekspert bunu Rusiya milli valyutasının ciddi şəkildə dəyərdən düşməsi ilə əlaqələndirib. Bildirib ki, artıq Rusiyada 1 dollar 100 rublun üzərinə çıxıb:

"Bu kiçik və orta sahibkarlıqla məşğul olan şəxslər üçün çox pis bir vəziyyətin olduğunu göstərir".

Ekspert bildirib ki, bu ölkəyə gətirilən malların qiymətlərinin artımına səbəb olacaq:

"Həmçinin, bütün texniki vasitələrin tarifində yüksəliş mütləq özünü göstərəcək. Bütün bunlar Rusiyanın son bir neçə ildə enən iqtisadiyatına və bu iqtisadiyyata bağlı olan xarici valyutada işləyən hər bir yerli və xarici şirkət və sahibkara öz mənfi təsirini göstərməlidir".

Anar Əliyev
Xəbəri paylaş