Cari ilin yanvar-iyul aylarında Türkiyədən çay ixracatı əvvəlki ilin eyni dövrünə nisbətdə 30 faiz artaraq 17 milyon 182 min 55 dollara çatıb. Ötən ilin eyni dövründə isə çay ixracından əldə edilən gəlir 13 milyon 170 min 966 dollar olub.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, belə bir açıqlama ilə Şərq Qaradəniz İxracatçılar Birliyi İdarə Heyətinin sədr müavini Əhməd Həmdi Gürdoğan çıxış edib. O deyib ki, ölkədən 7 ayda 109 ölkəyə çay satılıb. Gürdoğan bu ilin yanvar-iyul aylarında Türkiyədən 3 min 576 ton çay ixrac edildiyini bildirib.
Ən çox çay ixrac edilən öılkəılər sırasında ilk üçlükdə Belçika, ABŞ və İngiltərə yer alıb. Bu dövrdə Belçikaya 6 milyon 926 min 4, ABŞ-a 2 milyon 210 min 244, İngiltərə çayı isə 1 milyon 930 min 622 dollarlıq çay ixrac edildi.
Mehman Mehdiyev