Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyədə kütləvi zəhərlənmə, 60 nəfər xəstəxanaya yerləşdirildi -ÖZƏL

Türkiyədə kütləvi zəhərlənmə, 60 nəfər xəstəxanaya yerləşdirildi


Türkiyədə kütləvi zəhərlənmə hadisəsi baş verib.

Newscenter.az trthaber-ə istinadən bildirir ki, hadisə Sakarya vilayətində qeydə alınıb. Belə ki, Sakaryanın Adapazarı rayonundakı Rüstəmlər Məhəlləsindəki sünnət toyunda verilən yeməkdən sonra mədə ağrısı, ishal və başgicəllənmə şikayətləri ilə xəstəxanaya 60 nəfər müraciət edib.

Xəstələrin bəziləri ilkin tibbi yardımdan sonra evə buraxılıb. Müalicələrini davam etdirən şəxslərin isə sağlamlıq durumlarının yaxşı olduğu öyrənilib.

Mehman Mehdiyev
Xəbəri paylaş