Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Zaxarovanın separatçıların ritorikasına və separatizm elementlərinə uyğun mövqeyi -ÖZƏL

Zaxarovanın separatçıların ritorikasına və separatizm elementlərinə uyğun mövqeyi


Siyasi elmlər doktoru, professor Vaqif Abdullayev Rusiya Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Mariya Zaxarovaya müraciət edib.

Newscenter.az-ın xəbərinə görə, müraciətdə Vaqif Abdullayev yazır:

"Hörmətli Xanım Zaxarova, son zamanalar Azərbaycan dövlətinin suverenliyinə qarşı məsuliyyətsiz ifadələrinizin və təxribatçı davranışlarınızın şahidi olmaqdayıq. Sizin Azərbaycanın suveren ərazisi olan və Qarabağ İqtisadi rayonuna daxil olan Qarabağ coğrafi inzibati vahidini məqsədli şəkildə təhrif edərək Dağlıq Qarabağ kimi işlətməniz separatçıların ritorikasına və separatizm elementlərinə uyğun mövqe sayıla bilər.

Biz hətta Xarici İşlər Nazirliyinin saytında keçmiş Dağlıq Qarabağın xəritəsi əsasında erməni separatizminin mənafeyinə xidmət edən qondarma respublikanın xəritəsinə də rast gəlmişik. Əsas vəzifəsi media ilə bağlı olan Zaxarovanın bu təxribatlardan xəbərsiz olması əlbəttə, qeyri mümkündür və bu provokasiyada sizin məsuliyyətiniz az deyil. Xüsusilə də Xankəndi şəhərini bolşevik-daşnakstyun Stepan Şaumyanın adı ilə Stepanakert kimi davamlı olaraq hallandırmaq sizin keçmiş SSRİ-nin üzdəniraq qalıqlarından xilas ola bilmədiyinizdən xəbər verir. Xanım Zaxarova, siz yaxşı bilirsiniz ki, Ermənistan-Azərbaycan - Dağlıq Qarabağ münaqişəsi öz həllini tapdıqdan sonra Dağlıq Qarabağ adlı inzibati-coğrafi bölgə yoxdur, ancaq Qarabağ var. Prezident İlham Əliyevin 2021-ci il 7 iyul tarixli Fərmanı ilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları yaradılıb və bütün dünya ölkələri bu geosiyasi vəziyyəti anlayışla qarşılamaqdadır".

Professor daha sonra qeyd edir ki, hüquqi cəhətdən mövcud olmayan bir ərazinin məhz siyasi manipulyasiya naminə saxta inzibati ad kimi işlədilməsi yolverilməzdir və Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə qarşı açıq hörmətsizlikdir:

"Əgər Rusiyanın Kalininqrad şəhərinin adını Köniqsberq kimi adlandırsaq, Rusiya dövləti və cəmiyyəti bunu necə qarşılayardı?

Möhtərəm Cənab Prezident, Ali Baş Komandan İlham Əliyev dəfələrlə xarici media orqanlarına müsahibələrində, xarici qonaqlarla görüşlərdə, mötəbər beynəlxalq tədbirlərdə, o cümlədən, BMT Baş Assambleyasının 76-cı sessiyasında bəyan edibdir ki, tarixi Zəfərdən sonra öz ərazi bütövlütünü təmin etmiş Azərbaycan üçün Dağlıq Qarabağ adında inzibati ərazi vahidi yoxdur, Dağlıq Qarabağ, Stepanakert və s. qondarma adlar tarixin arxivinə qovuşub".

Vaqif Abdullayev Zaxarovanın diqqətinə çatdırır ki, bu reallığı qəbul edən dünyanın tanınmış siyasi liderləri, ictimai xadimləri və digər şəxslər də Azərbaycana məxsus yer adlarının, coğrafi terminlərin düzgün işlədilməsində kifayət qədər məsuliyyətli davranır, siyasi səhvə yol verməməyə çalışırlar:

"Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişell Brüssel görüşlərində və Azərbaycan Prezidenti ilə danışıqlarda heç vaxt Dağlıq Qarabağ və Stepanakert ifadəsinə yer verməyib, Azərbaycanın suveren ərazilərinin öz coğrafi adlarını düzgün şəkildə təqdim edirlər.

Ermənistanın baş naziri Nikol Paşinyan da Azərbaycanın 86,6 min.kv.kilometrlik ərazi bütövlüyünə hörmətini ifadə edərək erməni cəmiyyətində hələ də ərazi iddiası ilə yaşayan qüvvələrə bu mənasızı iddialardan əl çəkməyi və Dağlıq Qarabağ terminologiyasınının hüquqi-siyasi məzmununu itirdiyini başa salır.

Rusiya dövlətinin başçısı Cənab Putin Azərbaycanın suverenliyinə hörmətinin ifadəsi kimi yeni siyasi reallığa uyğun olaraq Dağlıq Qarabağ termininə yer vermir, Xankəndini inzibati vahid kimi Azərbaycanın ayrılmaz tərkib hissəsi hesab etməklə bu ərazidə yaşayan ermənilərin gələcək təhlükəsiz yaşayışının və rifahının məhz Azərbaycanın Konstitusiyası əsasında mümkünlüyündən danışır".

Professor buildirir ki, bütün bunların fonunda sizin provakativ əməllərinizi erməni lobbisinin təhrikedici siyasətinin bir hissəsi adlandırmaq olar:

"Hesab edirəm ki, fikirləriniz Rusiya kimi böyük bir dövlətin, Azərbaycasnın strateji müttəfiqinin regional siyasətinə qarşı yönəlməklə, məlum revanşist qüvvələrin çirkin kampaniyalarına xidmət edir və təəssüf ki, siz həmin qüvvələrin qızışdırıcı oyunlarına alət olursunuz.

Buradan haqlı sual yaranır, Zaxarovanın Rusiya dövlətinin 1-ci şəxsinin siyasi iradəsinə zidd olan açıqlamalar verməsi nəyə və kimə xidmət edir?

Məgər siz özünüzü Cənab Putindən üstün şəxs və ya uzaqgörən siyasətçimi hesab edirsiniz?
Ununtmamalısınız ki, bu cür qərəzli və qəbuledilməz mövqeyiniz ilk növbədə, Azərbaycan və Rusiya arasında yaxın dostluğa və strateji müttəfiqliyə xələl gətirməklə, rəsmi Moskvanın xarici siyasətinə qarşı çıxmaqdır.
Sizi soyuqqanlı olmağa, bir daha Azərbaycan və Rusiya arasında mövcud olan çox etibarlı siyasi dialoq və möhkəm etimad mühitini, hər iki ölkənin dövlət başçısı Cənab İlham Əliyev və Vladimir Putin arasında səmimi dostluq münasibətlərinin dinamikasını və nümunəvi ritmini dərindən nəzərdən keçirməyə çağırıram.

Əgər dürüst və vicdanlı düçüncə ilə mövcud prosesləri təhlil etsəniz, Azərbaycanın qazandığı tarixi Qələbədən sonra regionda yaranmış yeni geosiyasi reallqları qəbul edərək dövlətlərarası əlaqələri müasir ruhda inkişaf etrdirən Rusiya Federasiyasının Azərbaycanla dayanıqlı və davamlı mehriban qonşuluğa xüsusi önəm verməsini göz önünə gətirsəniz düşdüyünüz yanlış yolu yaxşı anlayacaqsınız".

Anar Əliyev
Xəbəri paylaş