ABŞ ordusu Suriyada terror təşkilatı PKK/YPG-nin işğalı altında olan Deyr əz-Zor vilayətindəki bazalara 50-yə yaxın avtomobildən ibarət əlavə qüvvə göndərib.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, ABŞ qüvvələrinin karvanı İraq və Suriya arasındakı Əl-Valid sərhəd qapısından keçərək Həsəkəyə daxil olub. Təxminən 50 maşından ibarət karvana zirehli texnika, yanacaq tankerləri və sursatla dolu maşınlar daxildir.
Qeyd edək ki, Vaşinqton PKK/YPG terrorçularının işğal etdiyi neft yataqlarında yerləşən hərbi baza və məntəqələrə davamlı olaraq əlavə qüvvələr göndərir.
Mehman Mehdiyev