Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Reinteqrasiya təklifi antiterror əməliyyatı ilə əvəzlənə bilər -ÖZƏL

Reinteqrasiya təklifi antiterror əməliyyatı ilə əvəzlənə bilər


Qarabağdakı separatçılar yenidən ciddi şəkildə silahlanır. Rusiya sülhməramlılarının dəstəyi ilə əraziyə silah-sursat, hərbi texnikanın daşınması bunu sübut edir. Cərəyan edən proseslər bölgədə yenidən hərbi qarşıdurma riskinin artacağını istisna etmir. Elə Azərbaycan Milli Həmrəylik Komitəsinin sədri Əlisahib Hüseynov da bu qənaətdədir.

Newscenter.az-ın xəbərinə görə, o bildirib ki, Rusiya sülhməramlılarına güvənərək Qarabağın müxtəlif istiqamətlərində artilleriya qurğuları və hərbi texnika toplayan, səngər qazan, atəş mövqeləri hazırlayan separatçıların da az öncə qeyd etdiyimiz kimi sonu gəlib:

"Azərbaycan onlar üçün iki seçim təklif edib. Onlar ya silahı yerə qoyub mülki əhaliyə çevrilməli və Azərbaycan qanunvericiliyini qəbul edərək yaşamalıdırlar, yadaki əks təqdirdə ərazilərimizi təcili tərk etməlidirlər. Bunun xaricində heç bir başqa seçim variantı yoxdur. Odur ki, separatçıların müharibəyə hazırlıq cəhdləri tamamilə perspektivsiz və faydasızdır. Qarabağdaki ermənilər bu həqiqəti dərk etməlidirlər".

Əlisahib Hüseynov hesab edir ki, onlar Rusiyaya və onun müvəqqəti sülhməramlı kontingentinə arxayın olub separatçı-destruktiv fəaliyyətlərini davam etdirmək əvəzinə, Bakinin reinteqrasiya təkliflərini düzgün dəyərləndirməlidirlər:

"Əks təqdirdə reinteqrasiya təklifi antiterror əməliyyatı ilə əvəzlənə bilər".

Anar Əliyev
Xəbəri paylaş