Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

BMT Təhlükəsizlik Şurası sabah Qarabağdakı vəziyyəti müzakirə edəcək

BMT Təhlükəsizlik Şurası sabah Qarabağdakı vəziyyəti müzakirə edəcək


Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ABŞ-ın Nyu-York şəhərinə səfər edəcək.

Newscenter.az-ın məlumatına görə, “Report” Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan sosial şəbəkədə məlumat verib.

Onun sözlərinə görə, A.Mirzoyan BMT Təhlükəsizlik Şurasının (TŞ) Qarabağdakı humanitar vəziyyətlə bağlı fövqəladə iclasında iştirak edəcək.

Xatırladaq ki, daha əvvəl ABŞ-ın BMT-dəki Daimi Nümayəndəliyi məlumat vermişdi ki, Ermənistanın müraciəti ilə Qarabağdakı humanitar vəziyyəti müzakirə etmək məqsədilə BMT Təhlükəsizlik Şurasının iclası avqustun 16-da ABŞ-ın şərq sahili vaxtı ilə saat 15:00-da keçiriləcək.
Xəbəri paylaş