Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bu ilin 7 ayında respublikada elektrik enerjisi istehsalı artıb

Bu ilin 7 ayında respublikada elektrik enerjisi istehsalı artıb


2023-cü ilin yanvar-iyul ayları üzrə operativ məlumatlara əsasən ölkədə elektrik enerjisinin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 45,4 mln. kVt·st, yəni 0,3% artaraq 16 323,4 mln. kVt·st olub.

Newscenter.az-a nazirlikdən bildirilib ki, yeddi ay ərzində elektrik enerjisi istehsalı İES-lərdə 14 995,7 mln. kVt·st, SES-lərdə 1 107,4 mln. kVt·st, digər mənbələr üzrə isə 220,3 mln. kVt·st təşkil edib. Bu dövrdə külək elektrik stansiyalarında 37,6 mln. kVt·st, günəş elektrik stansiyalarında 39,6 mln. kVt·st, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda isə 143,1 mln. kVt·st elektrik enerjisi istehsal edilib.

Bu dövrdə elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 14 652,8 mln. kVt·st (İES-lərdə 13 622,3 mln. kVt·st, SES-lərdə 1 030,5 mln. kVt·st), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 272,1 mln. kVt·st (İES-lərdə 168,2 mln. kVt·st, SES-lərdə 67,7 mln. kVt·st, Günəş ES-də 36,2 mln. kVt·st), “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında 28,9 mln. kVt·st, müstəqil elektrik stansiyaları üzrə isə 1 369,6 mln. kVt·st təşkil edib.

2023-cü ilin yanvar-iyul ayları üzrə elektrik enerjisinin ixracı 1 277,3 mln. kVt·st, idxalı isə 157,6 mln. kVt·st olub.
Qeyd edək ki, cari ilin iyul ayında respublika üzrə elektrik enerjisinin istehsalı 2 415,5 mln. kVt·st olub. İyul ayında elektrik enerjisinin idxalı 19,7 mln. kVt·st, ixrac isə 12,4 mln. kVt·st təşkil edib.

R.Mehdiyeva
Xəbəri paylaş