Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ermənistan tərəfi sülhə hazır deyil və yeni hərbi təxribatlarda maraqlı görünür -ÖZƏL

Ermənistan tərəfi sülhə hazır deyil və yeni hərbi təxribatlarda maraqlı görünür


"Ermənistan sözdə sülh desə də, parktik olaraq danışıqlar prosesindən yayınıb".

Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Məhəmməd Əsədullazadə səsləndirib. Onun sözlərinə görə, İrəvanın hərbi və diplomatik cəbhədə Azərbaycana qarşı yönələn təxribatları belə deməyə əsas verir:

""Ermənistanın Baş nazirinin xüsusi tapşırıqlar üzrə səfiri E. Marukyan ölkəsinin sülh prosesinə sadiq olduğunu və prosesi apardıqlarını qeyd edir. Hazırda isə, Ermənistan sülh prosesindən imtina edərək, Azərbaycana qarşı beynəlxalq təzyiqin artması və sərhəddə hərbi birliklər yerləşdirməklə məşğul olur".

Politoloq deyib ki, Laçın yolu və Qarabağda ermənilərin vəziyyəti ilə bağlı Yerevanın apardığı kampaniyanın əsas tərkib hissəsi Qarabağa status əldə etmək və Laçın yolunun daimı açılmasına nail olmaqdır:

"Bunun qarşısını almaq üçün Azərbaycan Qarabağda silahlı erməni birləşmələrinə qarşı hərbi əməliyyatlar aparmalıdır. Ermənistan tərəfi sülhə hazır deyil və yeni hərbi təxribatlarda maraqlı görünür".

Anar Əliyev
Xəbəri paylaş