"Azərbaycan Dəmir Yolları" QSC-nin təşəbbüsü ilə Gəncədə ilk dəfə dəmiryolçu ixtisası açılır.
Newscenter.az Səhmdar Cəmiyyətə istinadən bildirir ki, 2023-2024-cü tədris ilində Gəncədə yerləşən Azərbaycan Texnologiya Universiteti bakalavr və magistr tədris planına dəmir yolu sahəsi ilə bağlı fənləri də əlavə edib.
Bildirilir ki, universitetdə ADY tədris otağı yaradılaraq tələbələrin istifadəsinə veriləcək. Tələbələr Gəncə Dəmiryolu Vağzalı, Gəncə Yeni Lokomotiv Deposunda və stansiyalarda təcrübə proqramlarında iştirak edə biləcəklər.
Peşəkar dəmiryolçu olmaq istəyən gənclər builki tələbə qəbulunda Nəqliyyat mühəndisliyi, Logistika və nəqliyyat texnologiyaları mühəndisliyi ixtisaslarını seçməyə dəvət edilir.
Qeyd edək ki, dəmiryolçu məzunlar gələcəkdə ADY-nin müxtəlif xidmət sahələrində çalışmaq imkanı əldə edəcəklər.
Ruhiyyə Mehdiyeva